“2020-ci ildə sahibkarlara 169 milyon manat zəmanətli kredit ayrılıb” –

Mikayıl Cabbarov
12 Fevral 2021 - 13:50

Pandemiyanın təsirlərinin minimallaşdırılması tədbirləri çərçivəsində 2020-ci ildə sahibkarlara 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb.

Azpost.info bildirir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə yazıb. “Mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib”-deyə nazir vurğulayıb.