2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat məbləğində müəyyən ediləcək.
Bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
2022-ci il üçün yaşayış minimumu 205 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2021-ci illə müqayisədə 9 manat çoxdur.
2021-ci ildə yaşayış minimumu 196 manat olub.
“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən isə gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir.
Ötən il ehtiyac meyarının həddi 170 manat olub.