2022-ci ilin ən yaxşı futbolçusu adına 3 namizəd bəlli olub

FIFA-nın versiyasına görə 2022-ci ilin ən yaxşı futbolçusu mükafatına son 3 namizəd müəyyənləşib.

Apasport.az xəbər verir ki, ən yaxşı mükafata namizədlər Lionel Messi (PSJ, Argentina), Kilian Mbappe (PSJ, Fransa) və Kərim Benzemadır (“Real”, Fransa).

Qalib fevralın 27-də Fransanın paytaxtı Parisdə keçiriləcək mərasimdə elan olunacaq.

Xatırladaq ki, 2021-ci ilin ən yaxşı oyunçusu mükafatını Lionel Messi və Məhəmməd Salahı qabaqlayaraq birinci olan polşalı Robert Levandovski qazanmışdı.

Əvvəlki məqalə

Daha bir Azərbaycan vətəndaşı zəlzələdə həlak olub

Sonrakı məqalə

Aviasiya Akademiyasının tələbəsi dəm qazından boğulub