2022-ci ilin birinci rübündə OPEC+ razılaşması çərçivəsində Azərbaycanda gündəlik neft hasilatı 575,5 min barel təşkil edib.
Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin Energetika Nazirliyinin aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2022-ci ilin yanvar-mart aylarında gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,7 min barel olub. Bunun təxminən 118,1 min barelini kondensat təşkil edib.
2021-ci ildə OPEC+ razılaşması orta hesabla 116,1% yerinə yetirilib.