2023-cü il dövlət büdcəsinin layihəsinə dəyişiklik edilib

“Naxçıvan Muxtar Respublikası ilə danışıqlar aparılıb və Muxtar Respublikadan Maliyyə Nazirliyinə məktub daxil olub, 2023-cü il dövlət büdcəsinin layihəsinə dəyişikliklər təklif edilib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Azər Bayramov deyib ki, 2023-cü ilin dövlət büdcəsinin ikinci oxunuşu üçün dəyişikliklər edilib: “Naxçıvan Muxtar Respublikasının büdcəsinin 31,1 mln manat azaldılması, Naxçıvan Muxtar Respublikasının öz büdcəsinin gəlirlərinin 20 mln manat artırılması, 11,1 mln. manat Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin saxlanmasına, 4,1 mln. manat Milli Məclisin saxlanılmasına, 15,9 mln. manat Azərbaycanın İsrail, Albaniya, Keniya və Fələstindəki diplomatik təmsilçiliyinin zəruri xərclərinə ayrılması və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində xərclərinin qarşılanması üçün nəzərə alınması tövsiyə olunur”.

Əvvəlki məqalə

“Türkiyənin narahatlığına hörmətlə yanaşırıq, lakin…”

Sonrakı məqalə

Sabah güclü külək əsəcək