2023-cü ilin 10 ən yaxşı filmi- SİYAHI ("Time")

Kinotənqidçi Stefani Zaxarek “Time” jurnalı üçün 2023-cü ilin 10 ən yaxşı filminin siyahısını tərtib edib.

S.Zaxarek siyahının birinci pilləsinə finlandiyalı rejissor Aki Kaurismyakinin “Tökülən yarpaqlar” filmini layiq görüb. Bu ekran əsəri 2023-cü ildə Kann kinofestivalının münsiflər heyətinin mükafatını qazanıb.

İkinci yerdə Bredli Kuperin “Maestro” filmidir. Siyahıda liderlər üçlüyünü britaniyalı rejissor Conatan Qleyzerin “Maraqlar zonası” kinolenti qapayır.

TOP-10-da, həmçinin Sofiya Koppolanın “Prissilla: Elvis və mən”, Alisa Vinokurun “Paris haqqında xatirələr”, Selin Sonun “Ötən talelər”, Martin Skorsezenin “Çiçəkli ayın qatilləri”, Kelli Frimonun “Tanrı, buradasanmı?”, Bill Poladın “Vəhşi yuxular” və Ayra Saksın “Passajlar” filmləri də yer alıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.