"İran razılaşmaq istəyir, bəzi adamlar narahatdır" - TRAMP
ABŞ prezidenti Donald Tramp Fox Business Network-ə verdiyi müsahibədə İranın ABŞ ilə razılaşmamasının "axmaqlıq olacağını" bildirib.
AzPost-un məlumatına görə, eyni zamanda, ABŞ prezidenti deyib ki, istənilən razılaşmaya "heç bir nüvə silahı, heç bir raket yox!" daxil edilməlidir.
"Düşünürəm ki, onlar razılaşmaq istəyirlər. Razılaşmamaları axmaqlıq olardı. Biz keçən dəfə onların nüvə enerjisini sıradan çıxardıq. Bu dəfə daha çoxunu çıxarıb-çıxarmayacağımıza baxacağıq", - deyə Tramp Fox Business Network-ün "Kudlow" proqramına verdiyi müsahibədə bildirib.
Ötən ilin iyun ayında Tehranın nüvə obyektlərinə zərbə endirilməsini əmr edən Tramp " yaxşı" razılaşma niyyətindədir: "Yaxşı bir razılaşma əldə etmək istərdim: Heç bir nüvə silahı, raketlərsiz! Əvəzində istədiklərini alsınlar. Amma bəzi insanlar illər ərzində bizə qarşı çox ədalətsiz davrandıqlarından narahatdırlar".
Tehran ötən həftə Omanda Vaşinqtonla danışıqları bərpa edib.
Əlaqəli xəbərlər
-
Pezeşkian iranlılara çağırış etdi - “Fikir ayrılıqlarını kənara qoyun”
-
Ermənistan TRIPP sazişini təsdiqlədi - ABŞ 74% paya sahib olacaq
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
Növbəti xəbər yüklənir...