Neftin 2026-2028-ci il üçün proqnoz qiyməti 65 dollar nəzərdə tutulur.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
Nazir müavini bildirib ki, proqnozlaşdırılan qiymət də nəzərə alınmaqla 2025-ci ildə adambaşına düşən ÜDM-in 7412 ABŞ dolları, 2028-ci ilin sonuna isə 8522 ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulur.
“2025-ci ildə tədiyə balansının cari hesabının profisitinin ÜDM-ə nisbəti 5,6 faiz həcmində, 2025-2028-ci illərdə isə neft-qaz hasilatının son tarixə olan proqnozu nəzərə alınmaqla cari hesab profisitinin ÜDM-ə nisbətinin orta hesabla 3 faiz ətrafında olacağı proqnozlaşdırılır”, – deyə nazir müavini əlavə edib.