2025-ci ildə ən çox qazanan futbolçular –"Forbes"in SİYAHISI

Futbol
Futbol

“Forbes” jurnalı 2025-ci ildə ən çox qazanan futbolçuların siyahısını hazırlayıb.

AzPost bildirir ki. siyahıya Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo başçılıq edir.

Reytinqdə həm oyunçuların maaşları (bonuslar daxil olmaqla), həm də sponsorluq müqavilələri, tədbirlərdə iştirak və s. kimi meydandan kənar fəaliyyətlərdən əldə olunan gəlirlər nəzərə alınıb. Ümumilikdə siyahıya daxil olan oyunçular bu il 945 milyon dollar qazanıblar. “Forbes” qeyd edir ki, ötən illə müqayisədə bu rəqəm 4% azalıb.

Dünyanın ən çox qazanan 10 futbolçusu belədir:

Kriştiano Ronaldo (Əl-Nəsr) — 280 milyon dollar (230 milyon meydanda + 50 milyon meydandan kənarda);
Lionel Messi (“İnter Mayami”) — 130 milyon dollar (60 milyon + 70 milyon);
Kərim Benzema (Əl-İttihad) — 104 milyon dollar (100+4);
Kilian Mbappe (Real Madrid) — 95 milyon dollar (70+25);
Erlinq Haaland (Mançester Siti) — 80 milyon dollar (60+20);
Vinisius Junior (Real Madrid) — 60 milyon dollar (40+20);
Məhəmməd Salah (“Liverpul”) — 55 milyon dollar (35+20);
Sadio Mane (Əl-Nasr) — 54 milyon dollar (50+4);
Jude Bellinqhem (Real Madrid) — 44 milyon dollar (29+15);
Lamine Yamal (Barselona) — 43 milyon dollar (33+10).

May ayında Forbes Ronaldonu dünyanın ən çox qazanan idmançısı adlandırıb. Nəşrin məlumatına görə, o, 2024-cü il mayın 1-dən 2025-ci il mayın 1-dək 275 milyon dollar qazanıb. Bloomberg portuqaliyalının sərvətini 1,4 milyard dollar qiymətləndirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.