“Ermənistan sabit və davamlı sülhün əldə edilməsinə sadiqliyini təsdiq edir”- MİRZOYAN

Ermənistan ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Cənubi Qafqazda sabit və davamlı sülhün əldə edilməsinə sadiqliyini bir daha təsdiq edir.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Nazirlər Komitəsinin 133-cü sessiyasında deyib.

“Aprel ayında Ermənistan və Azərbaycan nəhayət ki, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası üzrə işə başladılar və bu, bir çox dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurasının Baş katibi tərəfindən müsbət qarşılandı. Azərbaycanın xarici işlər naziri ilə mayın 10-11-də Almatıda keçirilmiş son görüşdən sonra Ermənistan Alma-Ata Bəyannaməsində qeyd edildiyi kimi, ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Cənubi Qafqazda sabit və davamlı sülhün əldə edilməsinə sadiqliyini bir daha təsdiq edir”, – Mirzoyan bildirib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.