Yaponiyada keçirilən “Miss Japan” gözəllik müsabiqəsinin qalibi 26 yaşlı ukraynalı Karolin Siino olub.
Azpost.info “News on Japan” portalına istinadən bildirir ki, qız Ternopıldə anadan olub və beş yaşında ailəsi ilə birlikdə Yaponiyaya köçüb. Şiino Aiçi prefekturasının Naqoya şəhərində böyüyüb. Qalib müsabiqədən sonra Yaponiyaya köçdüyü anasına təşəkkür edib.
Yaponlar ukraynalı modelin sevincinə şərik çıxmayıb, onun qələbəsinin zamanın diqtəsi olduğunu deyiblər. Digərləri onun “Miss Yaponiya”ya bənzəmədiyini bildiriblər. Qızın hətta “metis”-qarışıq irq olmadığıda qeyd olunub.
Başqa bir istifadəçi də bildirib ki, Şiinonun qələbəsi Yaponiya xalqına “yanlış mesaj” verir. “Düşünürəm ki, yaponlar avropalı qadının ən gözəl yapon qadını adlandırıldığını mənfi qəbul edəcəklər”.
Ölkənin digər sakinləri də ukraynalının müsabiqənin qalibi seçilməsini siyasətin diktə etdiyinə inanırdılar.
Azpost.info