28 May-Respublika Günü ictimai nəqliyyat işləyəcək –

RƏSMİ
26 May 2021 - 15:06

28 May – Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək.

Nazirlər Kabinetindən verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.

Qərara əsasən, ictimai nəqliyyatın hərəkət 29 may saat 00:00-dan 31 may saat 06:00-dək dayandırılacaq.