“28 May” stansiyasına keçid, vestibül və xidməti sahələrdə iş aparılacaq

“28 May” stansiyasına keçid, vestibül və digər texniki və xidməti sahələrdə iş aparılacaq.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qeyd edib ki, “Xətai” stansiyası istiqamətində yoldəyişdirici qurğuya qədər və dalan yolunda bu günə kimi 636 metr yol sökülüb, stansiya girişinə qədər olan yol hissəsində sərt özüllü dəmir-beton konstruksiya qurulub. Texnoloji proseslərin ardıcıllığına uyğun olaraq, stansiyada aparılan yenidənqurma işləri başa çatdırıldıqdan sonra yolun üstquruluş elementləri ilə bağlı son tədbirlər görüləcək və yol infrastrukturunun yenidənqurulması prosesi başa çatdırılacaq.

Onun sözlərinə görə, stansiya yolunda təsərrüfat qatarlarının hərəkəti üçün yolun üst quruluş elementləri müvəqqəti quraşdırılıb. Platformada aparılan işlər başa çatdıqdan sonra yol əsaslı şəkildə qurulacaq. Yeni yolda müvafiq diaqnostika yoxlama-nəzarət tədbirləri şəraitində müasir üstquruluş elementləri, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri tətbiq ediləcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.