Putin Bişkekdə Rusiyanın mövqeyini Paşinyana açıqlayacaq

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə Moskvanın İrəvanın Avropa İttifaqına (Aİ) qoşulmaq niyyəti ilə bağlı mövqeyini bir daha açıqlayacaq.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hər dəfə yüksək səviyyədə təmaslar mühüm əhəmiyyət daşıyır. Prezident, şübhəsiz ki, bu görüşdən arqumentlərimizi bir daha səsləndirmək üçün istifadə edəcək. Lakin biz ermənilərdən daha çox erməni ola bilmərik. Təbii ki, öz taleləri ilə bağlı qərarı ermənilər özləri verəcəklər. Biz də məhz bunu təklif edirik – referendum keçirsinlər”, – Peskov deyib.

O xatırladıb ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər ölkələrinin liderləri də bu mövqeni dəstəkləyib və bu barədə Astanada keçirilən son sammitdə müvafiq bəyanat qəbul ediblər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.