290 min işsizə 190 manat yardım verilib –

NAZİRLİK
21 Aprel 2020 - 19:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 min işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxsin birdəfəlik ödəmə (190 manat) ilə təmin olunması üçün müvafiq vəsaiti aidiyyəti üzrə köçürüb.

Nazirlikdən verilən məlumata görə, həmin kateqoriyalardan olan şəxslərdən artıq 290 min nəfərə birdəfəlik ödəniş edilib və bunun üçün köçürülən maliyyə vəsaitinin məbləği 55,1 milyon manatdır.

İlkin mərhələdə 200 min şəxsə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə  proqramının əhatə dairəsi 3 dəfə artırılıb, 600 min şəxsə aprel və may ayları üçün birdəfəlik ödəniş ediləcək.