3 gün əvvəl itkin düşmüş kursant tapıldı

3 gün əvvəl itkin düşmüş Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı Hüseynli Vüsal Elşən oğlu tapılıb.

Bu barədə APA-ya kursantın atası Elşən Hüseynov məlumat verib.

E. Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Makron Çin lideri ilə görüşüb –

Sonrakı məqalə

Hulusi Akar NATO Baş katibi ilə görüşüb