Makron Çin lideri ilə görüşüb –Ukraynada vəziyyəti müzakirə ediblər

Fransa prezidenti Emmanuel Makron bu gün Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, liderlər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
“Tərəflər siyasi nizamlanma yolu ilə getməli, Normandiya formatının çoxtərəfli mexanizmindən tam istifadə etməli, dialoq və məsləhətləşmələr yolu ilə Ukrayna probleminin hərtərəfli həlli yolunu tapmalıdır”, – deyə Çin lideri bildirib.
Yelisey sarayının bəyanatında isə deyilir ki, prezidentlər gərginliyin azaldılması və Rusiya-Ukrayna böhranının dialoq yolu ilə həlli istiqamətində səylərin davam etdirilməsinin zəruriliyini müzakirə ediblər.

Eyni zamanda, Fransa prezidenti görüşdə Ukraynanın
suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini xatırladıb.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ Avropaya 60 min əsgər yerləşdirib” –

Sonrakı məqalə

3 gün əvvəl itkin düşmüş kursant tapıldı