Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı
  • ÖZƏL

302 minlik plan yarımçıq qaldı

Orkhan Ali 11 İyun 2025 - 15:16 (Last updated: 11 İyun 2025 - 15:17)
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 302 min manatlıq tenderi ləğv olunub.

AzPost xəbər verir ki, bu barədə qərar Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib.

Məlumata görə, tender influenserlərlə əməkdaşlığı nəzərdə tuturdu. Lakin müsabiqədə iştirak üçün zəruri sənədləri təqdim edən və tələblərə cavab verən şirkətlərin sayı üçdən az olub. Bu səbəbdən satınalma proseduru dayandırılıb.

Tenderdə iştirak etmək üçün təklif və təklifin təminat sənədləri təqdim olunmalı, iştirakçılar müvafiq lisenziya və icazəyə malik olmalı idilər. Lakin bu tələbləri yerinə yetirən kifayət qədər təchizatçı olmadığı üçün Agentlik müsabiqəni davam etdirməkdən imtina edib.

Ləğv edilmiş satınalma prosedurunun ümumi məbləği 302 027 manat təşkil edib. Bu vəsaitlə Agentlik sosial şəbəkələrdə təbliğat işləri aparmağı, influenserlər vasitəsilə rəqəmsal layihələrin tanıdılmasını planlaşdırırdı.

Agentliyin 2025-ci ildəki tender fəaliyyəti necə olub?

AzPost -un apardığı araşdırmaya əsasən, 2025-ci ilin əvvəlindən bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ümumilikdə 8 tender proseduru elan edib. Bu tenderlərdən yalnız 5-i uğurla başa çatıb və qalib şirkətlərlə müqavilələr imzalanıb. Digər 3 tender isə ya iştirakçı çatışmazlığı, ya da texniki uyğunluq problemləri səbəbindən ləğv edilib.

 

Uğurla yekunlaşan tenderlərin ümumi məbləği 2,2 milyon manatdan çoxdur. Qalib şirkətlər arasında “Golden Design Group” MMC, “Techno Solutions” MMC, “Baku Cloud Services” MMC və “CyberAZ Technologies” MMC kimi sahədə tanınan adlar yer alır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025-ci ildə keçirdiyi tenderlər

№ Tender adı Məbləğ (AZN) Status Qalib şirkət
1 Influencerlərlə əməkdaşlıq 302 027 Ləğv olunub –
2 Mobil tətbiq platformasının yenilənməsi 185 600 Ləğv olunub –
3 Təlim platforması üzrə texniki dəstək 96 000 Ləğv olunub –
4 Rəqəmsal layihələrin brendinqi və dizaynı 488 000 Qalib seçildi Golden Design Group MMC
5 IT infrastrukturu üçün proqram təminatı 614 500 Qalib seçildi Techno Solutions MMC
6 Bulud texnologiyası üzrə texniki dəstək 392 000 Qalib seçildi Baku Cloud Services MMC
7 Kibertəhlükəsizlik sistemi qurulması 755 000 Qalib seçildi CyberAZ Technologies MMC
8 Rəqəmsal portalın kontent və texniki xidməti 217 673 Qalib seçildi Netinfo Studio MMC

AzPost.az

Post navigation

Previous: Bu uşaqlar qəbul imtahanında ən yüksək balı yığdılar
Next: Həbsdə olan tiktoker ev dustaqlığına buraxılıb

Oxşar xəbərlər

naxcivan numaya
  • Baş Yazı

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub

User 06 Noyabr 2026 - 19:09
budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
ilham ceb01
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR / FOTO

User 06 Noyabr 2026 - 12:45

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.