34 il keçsə də Çernobıl fəlakətinin nəticələri hələ də qalır –BMT

BMT Ukraynada Çernobılda partlayış və yanğından 30 ildən çox vaxt keçməsindən sonra davamlı və uzun müddətli nəticələrin hələ də qaldığını bildirib.

Təşkilat aprelin 26-da Çernobıl Fəlakətinin Anım Günü Belrarus, Ukrayna və Rusiyanın böyük ərazilərində radioaktiv buludların yayılmasına səbəb olan qəzanın 34-cü ildönümünü qeyd edib.

Qəzanın ildönümü bu yaxınlarda nüvə elektrik stansiyası ətrafındakı 30 kilometrlik zonada yanğınların ardınca radioaktiv hissəciklərin havaya buraxılmasının mümkünlüyü ilə bağlı narahatlıqların artdığı vaxta təsadüf edir.

BMT-nin Baş Assambleyası 2016-cı ilin dekabrında qəbul edilən qətnamədə 26 aprel gününün Çernobıl qəzasının nəticələrinin anılması günü kimi tanıyıb. Təşkilatın bəyanatında bildirilir ki, regionda fəlakətin nəticələrinin aradan qaldırılması işində inkişaflara baxmayaraq, hələ də “qəzanın təsirinə məruz qalmış regionda çox işlər görülməlidir”.

BMT qəza nəticəsində böyük zərər dəymiş reaktorun üzərində qoruyucu strukturun tamamlanmasını 2019-cu ildə ən mühüm işlərdən biri olaraq qeyd edib.

Layihəyə Avropa Yenidənqurma və İnkişaf Bankının idarə etdiyi maliyyə fondları vasitəsilə 45 donor ölkənin ayırdığı 2 milyarddan çox ABŞ dolları sərf edilib. BMT layihənin beynəlxalq əməkdaşlığın miqyası baxımından nüvə təhlükəsizliyi sahəsində indiyə qədər ən böyük layihə olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2019-cu ilin ən gəlirli filmlərinin adları açıqlanıb

Sonrakı məqalə

Məlahət Abbasovanın AzTV-dəki verilişi bağlandı –