37 yaşlı qohumu ilə nişanlanmış 13 yaşlı qız ailəsindən alınıb –VİDEO

Bakıda 37 yaşlı qohumu ilə istəmədən nişanlanmış 13 yaşlı qız ailəsindən alınıb və dövlətin himayəsindədir.

Xezerxeber.az-ın məlumatına görə, qızcığaz və kiçik bacısı ötən gündən etibarən Sosial Xidmət Agentliyinin Reablitasiya Mərkəzinə yerləşdiriliblər.

Məlumata görə, anaları indiyə kimi onlarla maraqlanmayıb.

Sığınacağın şöbə müdiri Gülnaz Məmmədovanın sözlərinə görə, uşaqlar istəyərlərsə anaları ilə sığınacaqda birlikdə qalmaları təşkil oluna bilər.

Hazırda uşaqlar Reabilitasiya Mərkəzinin mütəxəssislərinin nəzarətindədirlər. Onlar müəssisəyə yerləşdirildikdən sonra bir necə müəyinədən keçiblər.

Şöbə müdiri əlavə edib ki, qızlar müəssisədə 180 gün müddətində qala bilərlər. Amma ehtiyac olacağı təqdirdə bu müddət uzadıla bilər.

 

Əvvəlki məqalə

Rusiyanın “Kinjal”la vurduğu “Patriot” raket sistemi “sağ qalıb”

Sonrakı məqalə

Bakıda 10 yaşlı iki uşaq quyuya düşərək ölüb