Almaniyadan olan 38 yaşlı həkim və iki uşaq anası Culiya Şnelle Las Veqasda keçirilən “Miss World 2023” müsabiqəsinin qalibi olub.
Azpost.info xəbər verir ki, o, bu titula sahib olan ilk alman qadındır.
“Mən xoşbəxtəm və özümlə fəxr edirəm”, – qalib deyib.
O qeyd edib ki, görülən işlər buna dəyərdi. Qalib ümid edir ki, bu titul uşaqlar və yeniyetmələr üçün layihələrini tanıtmağa kömək edəcək.
“Miss World” müsabiqəsində əsas olan təkcə xarici görünüş deyil, həm də iştirakçıların təbliğ etdiyi sosial layihələrdir.
Şnellenin layihəsi itlər və atlarla psixoterapiyadır. O, həmçinin Floridada qeyri-kommersiya terapiya mərkəzində yerləşən “Island Dolphin Care”də əlil uşaqlara və yaralı əsgərlərə kömək etmək üçün hər il könüllü işləyir.
Bu müəssisədə o, delfinlərin köməyi ilə xəstələrə kömək edir.
Azpost.info