Ədalət Həsənov: İndiyə qədər azad edilmiş ərazilərdə 474 şəxsə məxsus sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər aşkar edilib

İndiyə qədər məhkəmə-molekulyar genetik ekspertizanın köməkliyi ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda təşkil olunan paneldə bildirib.

O deyib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən, şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlı olub: “Qarabağın işğaldan azad edilmiş ərazilərindən indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 913 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları qəbul edilib. Laboratoriyalardan keçən sümük qalıqları arasında 474 şəxsə məxsus sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər (güllə və qəlpə yaralanmalar, küt alətlərlə və s.) aşkar edilib. Skelet qalıqlarının məhkəmə-tibbi müayinələri başa çatdırıldıqdan sonra bu skeletlərin hər birindən bir neçə nahiyədən (xüsusilə də sağlam dişlərdən) olmaqla bioloji nümunələr götürülərək şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası məqsədilə DTX-nin Genetik Araşdırmalar Mərkəzinə göndərilir”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.