48 yaşlı qadın 38 yaşlı kişini öldürüb –Sabunçuda qətl

Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, mayın 30-da saat 9 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1986-cı il təvəllüdlü Samir İsrəfilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirovanın aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək tanışı Samir İsrəfilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ruhiyyə Tahirova iş üzrə şübhəli şəxs qismində tutulub.

Əvvəlki məqalə

İyunun 2-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Sonrakı məqalə

Zəngilanda III beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir