5 il ərzində smartfonları süni intellekt əvəz edəcək- İlon Mask

Mask
Mask

Amerikalı milyarder İlon Mask yaxın gələcəkdə smartfonların tamamilə yox olacağını və onların yerini süni intellekt əsaslı cihazların tutacağını bildirib.

Trend xəbər verir ki, bu fikri sahibkar teleaparıcı Co Roqanın verilişində səsləndirib.

Onun sözlərinə görə, 2030-cu ilə kimi əməliyyat sistemləri və tətbiqlər artıq mövcud olmayacaq, onları süni intellekt funksiyaları ilə təchiz edilmiş ekranlı və səsli qurğular əvəz edəcək.

Mask əlavə edib ki, gələcəyin süni intellekti insan istəklərini qabaqcadan anlamaq və onlara uyğun reaksiya vermək qabiliyyətinə malik olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.