Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Antarktidada buzlar ərisə pinqvinlərin nəsli kəsiləcək –

User 01 Fevral 2026 - 14:23 (Last updated: 01 Fevral 2026 - 12:21)
Pinqvinlər

Pinqvinlər

Britaniya Antarktika xidmətinin alimləri Antarktidada dəniz buzlarının əriməsinin imperator pinqvinlərinin nəslinin kəsilməsi ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq ediblər.

Ötən 2023-cü il bütün müşahidə dövrü ərzində bu növ ölüm sayına görə ikinci il olub. Bundan əvvəl 2022-ci ildə pinqvinlər arasında “artımda fəlakətli fasilə” müşahidə olunub. Bu vəziyyət bütün populyasiya üçün uzunmüddətli mənfi fəsadlardan xəbər verir.

Məlumdur ki, imperator pinqvinləri dəniz buzu səthində artırlar. Balalar iyulun sonlarından avqustun ortalarınadək, Cənub yarımkürəsində qış olanda yumurtadan çıxırlar. Onlar sukeçirməz tükləri çıxanadək buz üzərində qalırlar. Bir qayda olaraq, bu, dekabrda baş verir.

Əgər buz çox tez əriyərsə, o halda buna hazır olmayan ətcəbalalar donmaq və suda batmaq riski ilə üzləşir. Məhz 2023-cü ildə belə olmuşdu. Nəticədə 66 imperator pinqvini koloniyasının 14-ü zərər çəkmişdi. Orada quş balaları arasında yüksək ölüm dərəcəsi qeydə alınmışdı.

2022-ci ildə rekord 19 koloniya zərər çəkmişdi. O vaxtdan bəzi pinqvin qrupları daha yaxşı şərait tapmaq məqsədilə aysberqləri, şelf buzlaqlarını və ya daha möhkəm dəniz buzunu seçərək köçüb.

Alimlər qeyd ediblər ki, belə yerdəyişmə “müvəqqəti qərardır”. 2022-2023-cü illərdə dəniz buzunun sahəsi müşahidələr dövrü ərzində ilk dəfə olaraq 2 milyon kvadrat kilometrdən aşağı düşüb.

2020-ci ildə Antarktidada təxminən 250 min çoxalıb artan imperator pinqvini cütü hesablanıb. Bir neçə ardıcıl əlverişsiz il populyasiyanın əhəmiyyətli şəkildə azalmasına gətirib çıxara bilər. “Antarctic Science” xəbər verir ki, ən bədbin proqnoza əsasən, bu növ 2100-cü ildə 99 faiz azala bilər.

AzPost.az

Post navigation

Previous: Qladiatorlar ağac külündən hazırlanan içki içirmişlər
Next: Okeaniya ölkələrinin pul vahidləri: Kraliçanın şəkli, dollar…

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.