Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

50 milyonluq toy: Gəlinliyi oğurlandı, polisə xəbər verilmədi

Orkhan Ali 04 İyul 2025 - 18:23 (Last updated: 04 İyul 2025 - 14:31)
Toy

Toy

Keçən həftə “Amazon”un qurucusu, məşhur milyarder Ceff Bezosla Venesiyada evlənən Loren Sançesin toyu hələ də gündəmdə qalmaqda davam edir. Lakin bir həftə sonra ortaya çıxan oğurluq xəbəri hər kəsi təəccübləndirib.
Qaynarinfo xəbər verir ki, Loren Sançes toy üçün 27 ədəd gəlinlik seçmiş və bu geyimlərin hamısını Venesiyaya özü ilə aparmışdı. Hər biri tanınmış dizaynerlər tərəfindən hazırlanan bu gəlinliklərdən biri sonradan itkin düşüb.
Məlumata görə, oğurluq hadisəsi barədə polisə heç bir müraciət edilməyib. İddialara əsasən, cütlük oğurlanan gəlinliyin gec-tez geri qaytarılacağına inanıb.
Hazırda bal ayını Siciliyanın Taormina şəhərində keçirən cütlük, Venesiyada üç gün davam edən ulduzlarla dolu təntənəli mərasimlərlə evlənib. Ceff Bezos və Loren Sançes bazar günü Venesiyadan ayrıldıqdan sonra oğurlanan gəlinliklə bağlı müəmmalı xəbərlər yayılmağa başlayıb.
İtaliyanın “Corriere della Sera” qəzeti oğurluğun cütlüyün cümə günü evləndiyi San Corcio adasında keçirilən və çoxsaylı dəvət edilməmiş şəxslərin qatıldığı mərasim zamanı baş verdiyini iddia edib. Mərasimə çoxlu sayda davətsiz qonağın daxil olduğu və buna görə də İtaliyanın terrorla mübarizə bölməsi Digos-un yerli əməkdaşlarının adaya çağırıldığı da bildirilir.
İtaliya mətbuatı həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Trampın tədbirlərin birində geyindiyi vintaj “Dolce & Gabbana” libasının cırıldığını və alovlandığını da iddia edib.
Hadisəyə yaxın mənbələr bir gəlinliyin itib-itmədiyini təsdiqləsə də, oğurluq olduğunu təkzib edib. Geyimin harada və nə zaman itib-yox olduğu məlum deyil. Cütlük Loren Sançesin gəlinliklərinin ciddi şəkildə qorunduğu yeddi ulduzlu “Aman” otelində qalıb.

 

 

 

Mənbələr bildiriblər ki, itkin düşən gəlinliklə bağlı polisə heç bir rəsmi şikayət edilməyib və paltarın gec-tez tapılacağına dair ümumi bir inam var. Həmçinin bir gəlinliyin alovlandığı və tədbirlərə dəvət olunmamış şəxslərin daxil olduğu ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığı da qeyd olunub.
Toyun ümumi xərclərinin 40-50 milyon dollar arası olduğu bildirilir. Qonaqlar Venesiyaya superyaxtalar və 90-dan çox şəxsi təyyarə ilə gəlib. Toy həftəsi boyunca şəhərdə kütləvi etiraz aksiyaları təşkil olunub.
Cütlük gündəm olan bu toyun ardından Ceff Bezosun 127 metrlik yaxtası ilə bal ayı səfərinə çıxıb. Loren Sançes 37 model içərisindən seçərək geyindiyi gəlinliyi “Dolce & Gabbana” markasına məxsus olub.
Gəlinliyin modeli dəb mütəxəssisləri tərəfindən bəyənilməyib və köhnəlmiş hesab edilib. Onun hazırlanmasının 900 saat, yəni təxminən 38 gün çəkdiyi bildirilib.
“Dolce & Gabbana” və Loren Sançes gəlinlik üçün ilhamı 1958-ci ildə istehsal olunmuş Melvil Şavelsonun “Houseboat” filmində Sofi Lorenin geyindiyi gəlinlikdən alıblar.

AzPost.az

Post navigation

Previous: Alimlər beynin sürətli qocalmasına səbəb olan əsas amili müəyyən ediblər
Next: DTX tərəfindən saxlanılan sabiq diplomatın məhkəməsi başlayıb

Oxşar xəbərlər

ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52
aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.