6 ayda kafe-restoranların 1 milyard manata yaxın dövriyyəsi olub

2023-cü ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 23,5 faiz artaraq 938,8 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,6 faizi hüquqi şəxslərin, 49,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 25,1 faiz artaraq 470,5 milyon manat təşkil edib.

İctimai iaşə fəaliyyəti – xidmət göstərilən obyektin ərazisində və ya səyyar qaydada istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının alıcıya təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.

Azpost.info

Əvvəlki məqalə

160 min Hollivud aktyoru dolanışığa etiraz edərək tətilə başlayıb

Sonrakı məqalə

Yaponiyada raket sınaq zamanı partlayıb