60 deputat köməkçisi rəsmən işə götürülüb

03 May 2020 - 16:25

Deputat köməkçilərinin işə götürülməsi prosesinə başlanıb.

Ötən müddətdə sənədlərində problem aşkarlanmayan 60-dan çox deputat köməkçisi rəsmi olaraq işə götürülüb.

Milli Məclis Aparatında deputat köməkçisi təsdiqlənmək üçün sənədləri təqdim edilən digər şəxslərin sənədlərinin araşdırılması davam edir. (APA)