Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə "Sədərək" ticarət mərkəzində qeydə alınıb. 1958-ci il təvəllüdlü Həqiqət Mahmudova ticarət mərkəzinin ərazisində bıçaqlanıb. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)