Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Abdullah adına Maliyyə Mərkəzinin qüllələrindən biri terror hücumuna məruz qalıb.
Bu barədə çərşənbə axşamı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya məlumat yayıb.
Azpost.info bildirir ki, bu barədə “Al Arabiya” telekanalı xəbər verir.
Koalisiyanın nümayəndəsi, general-mayor Türki əl-Maliki açıqlamasında bildirib: “ Maliyyə mərkəzinin qüllələrindən biri qorxaq terror hücumunun hədəfinə çevrilib”. Onun sözlərinə görə, hadisə yerində araşdırma aparılır.
Hücumun digər təfərrüatları, mümkün xəsarət alanlar və dəymiş ziyan barədə hələlik məlumat verilmir.