64 dövlət əmlakı özəlləşdirmə hərracına çıxarılır –SİYAHI

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac martın 2-də təşkil ediləcək.

ƏMDX-dən bildirilib ki, hərraca 64 dövlət əmlakı çıxarılacaq. Bunlardan 23-ü kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 41-i isə səhmdar cəmiyyətidir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/36AZdPj , https://bit.ly/2NYt8ughttps://bit.ly/3ozJMwQ).

Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin olunur. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Keçiriləcək hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (“emlak.gov.az”) və ya Özəlləşdirmə Portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (“e-emlak.gov.az”) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin sədri Britaniyanın dövlət naziri ilə görüşüb –

Sonrakı məqalə

Uşaqların qohumları tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılır