65 yaşlı iş adamı özündən 43 yaş kiçik sevgilisi ilə fotolarını paylaşdı –FOTO

İtaliyalı məşhur restorator və “Serafina” restoran şəbəkəsinin həmtəsisçisi, 65 yaşlı Vittorio Assaf gənc sevgilisi, 21 yaşlı model Aoki Li Simmonsla Sent-Bart adasında romantik istirahətdən fotolar paylaşıb. 

Azpost.info bildirir ki, onun gənc sevgilisi məşhur amerikalı sahibkar, yazıçı və ictimai xadim Kimora Li Simmonsun qızıdır.

Böyük yaş fərqinə baxmayaraq, cütlük çimərlikdə şən halda əylənib. “Page Six” nəşrinin əldə etdiyi fotolarda Vittorio və Aoki Sent-Bartsın sahillərində öpüşürlər.
Aoki daha əvvəl İnstaqramda Karib dənizi adasına səyahətindən bir neçə foto paylaşsa da heç birində Assafın şəklini göstərməyib.

2021-ci ildə keçmiş həyat yoldaşı, keçmiş model Şarlotta Bonstrom Assafın sabiq ərinin əkiz bacısı ilə əlaqəsindən xəbər tutduqdan sonra ondan ayrılıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.