7 günlük körpə qaşqabaqlı üzü ilə sosial şəbəkədə məşhur oldu –FOTO

Qaşqabaqlı körpənin fotoları internetdə paylaşımdan sonra viral olub.

Azpost.info bildirir ki, fotoqraf Loren Karson çəkdiyi şəkilləri sosial şəbəkədə yayıb və fotolar maraqla qarşılanıb.

Anası Cessika Mundi körpəni Loren Karsonla fotosessiyaya aparanda Trent cəmi 7 günlük idi. Karson daha sonra Facebook hesabında Trentin şəkillərini yerləşdirib.

O, öz paylaşımında “Mən on ildir ki, yeni doğulmuş körpələrin şəklini çəkirəm. Amma onların heç biri bu uşaqla və onun mənə verdiyi baxışlarla müqayisə olunmur”-deyə o yazıb.

Yazı dərhal diqqət çəkərək 150 mindən çox bəyənmə toplayıb.

“Good Morning America”ya verdiyi müsahibədə Karson fotosessiyanın olduqca normal keçdyini deyib.

Karson Trentin fotosessiya zamanı əslində qəmgin olmadığını söyləyib. “O, tamamilə məmnun idi. O, ağlamırdı və heç bir narahatçılıq əlaməti göstərmirdi”.

Əvvəlki məqalə

“7 il sonra insanlar Marsda yaşayacaq…Yerdə həyat məhv olacaq” –

Sonrakı məqalə

“Avropa İttifaqı nümayəndəsinin qərəzli bəyanatını rədd edirik” –