“7 il sonra insanlar Marsda yaşayacaq…Yerdə həyat məhv olacaq” –İLON MASK

Amerikalı ixtiraçı və milyarder İlon Mask VivaTech 2024 sərgisində Marsda ilk insanların nə vaxt peyda olacağı barədə danışıb.

Azpost.info Euronews-a istinadən  xəbər verir ki, bu barədə İlon Mask Parisdə VivaTech sərgisində deyib: “Məncə, ilk insanlar Marsda yəqin ki, 10 il, bəlkə də yeddi və ya səkkiz il ərzində peyda olacaqlar”.

Bu sərgidə tamaşaçılar Maskdan istədikləri hər şeyi soruşa bilmək imkanı olub.

SpaceX-in uzunmüddətli məqsədi həyatı çox planetli etməkdir. Biz davamlı çoxplanetli sivilizasiyaya çevrilməliyik. Bu, Yer kürəsinin tarixində ilk dəfədir ki, mümkün olub. Bu fürsət yalnız qısa müddətdə açıq ola bilər”, – Mask bildirib.

“Son nəticədə bizim bildyimiz nəsə Yer üzündə həyatı məhv edəcək” -deyən Mask əlavə edib ki, Marsa və Aya köçmək uzun müddətli yaşamaq və dərketmə üçün vacibdir.

Yer üzündə yadplanetlilərin olub-olmadığını soruşduqda o, belə cavab verib: “İnsanlar məndən tez-tez soruşurlar ki, Yer kürəsində yadplanetlilərin olduğunu düşünürəmmi? Yadplanetlilərin olduğuna dair heç bir dəlil görməmişəm. Mən bunu görsəydim, sübutları Platforma X-də yerləşdirərdim.”

“Bəlkə biz bu qalaktikada təkik, bəlkə də ancaq biz varıq və şüurumuz son dərəcə kövrəkdir. Mən yadplanetliyəm. Amma heç kim mənə inanmır”, – Elon Mask əlavə edib.

Əvvəlki məqalə

Azərbaycan hərbçiləri Belarusda hərbi paradda iştirak edəcək

Sonrakı məqalə

7 günlük körpə qaşqabaqlı üzü ilə sosial şəbəkədə məşhur oldu –