74 yaşlı Alla Puqaçovanın makiyajsız fotosu yayıldı

Rusiyanı tərk etmiş SSRİ xalq artisti, məşhur estrada müğənnisi, 74 yaşlı Alla Puqaçovanın yeni fotoları yayılıb.

Azpost.info bildirir ki, Latviya teleaparıcısı Katrin Vasilevska Primadonna ilə yeni şəklini paylaşıb.

Katrinin paylaşdığı şəkildə Alla Puqaçeva, həyat yoldaşı Maksim Qalkin və tanınmış sovet müğənnisi Layma Vaykule əks olunub: “Dünya səviyyəli məşhurla görüş və söhbət etmək fürsəti əldə edəcəyimi ağlıma belə gətirə bilməzdim”.

Şəkil redaktə olunmayıb. Buna görə pərəstişkarları Alla Borisovnanın makiyajsız üzünü görə biliblər.

Sadə cins şalvar və köynəkdə olan Puqaçovanın üzündə heç bir makiyaj yoxdur, saçları isə adi qaydada yığılıb.

Şəkil Yurmalada çəkilib. Alla Puqaçova həmkarını və dostu Vaykulenin təşkil etdiyi musiqi festivalına gəlib.

Xatırladaq ki, Alla Puqaçova və övladları 2022-ci ilin sentyabrından İsraildə yaşayır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.