75 min il əvvəl yaşamış qadının xarici görünüşü bərpa olunub –FOTO

Alimlər 75 min il əvvəl yaşamış neandertal qadının xarici görünüşünü yenidən yaradıblar.

Azpost.info bildirir ki, bu barədə BBC məlumat yayıb.

Bərpa kəllə sümüyünün yastı, əzilmiş qalıqlarına əsaslanır. Tədqiqatçılar parçaları yenidən yığmadan əvvəl onları möhkəmləndiriblər. Daha sonra ekspert paleo-rəssamlar 3D model yaradıblar.

Bu təsvir “BBC Studios”un Netflix üçün çəkdiyi yeni “Neandertalların sirri” sənədli filmində nümayiş edilib.

Filmdə təxminən 40.000 il əvvəl nəsli kəsilmiş neandertallar haqqında danışılır.

Kəllə İraq Kürdüstanındakı Şanidar mağarasında tapılıb. 1950-ci illərdə burada ən azı 10 neandertal kişi, qadın və uşağın qalıqları aşkar edilib.

Alimlər 2015-ci ildə Şanidar Z adlı yeni skeleti tapıblar. Bu skeletin onurğası, çiyinləri, qolları və əllərdən ibarət olub.

Azpost.info

Əvvəlki məqalə

Həkim bu iki məhsulu yeməməyə çağırdı

Sonrakı məqalə

Qırğızstanda bayram tədbirində yük maşını uşaqları vurdu –