82 yaşlı Harrison Ford yenidən kinoya döndü

Hollivud ulduzu, kino aktyor və prodüser Harrison Ford yenidən media qarşısında açıqlama verib. Tanınmış sənətçi uzun bir ömür həsr etdiyi öz aktyorluq karyerasını bundan əvvəl söylədiyinin əksinə olaraq, davam etdirməsinin əsas səbəbindən söz açıb.

Azpost.info bildirir ki, xəbəri “Vanity Fair” nəşri yayıb.

“İndiana Cons” filmindəki ulduz obrazı ilə tamaşaçıların sevimli aktyoruna çevrilmiş Harrison Ford hələ də, 82 yaşı olmasına baxmayaraq, nəyə görə filmlərdə, həm də televiziyalarda rol almağa davam etdiyini izah edib.

Aktyorun sözlərinə görə, onun çəkilişlərə qatılmağı, iştirakı sənətçiyə “lazımi insan təması” verir. “Mən böyük bacarıq sahibi olanlarla və təcrübəyə malik insanlarla işləyirəm…Onlarla işləmək xoşdur” deyən Hollivud məşhuru “Vanity Fair” nəşrinə verdiyi yeni müsahibəsində bildirib.

Oktyabr ayında Harrison Fordun iştirakı ilə “Apple TV+”-da “Terapiya” komediya şousunun ikinci mövsümünün nümayişi olacaq. 2025-ci ilin fevral ayında isə bu aktyor “Cəsur Yeni Dünya” alt başlığı ilə çıxacaq yeni “Kapitan Amerika” filmində Qırmızı Halkı canlandıracaq.

Oqtay Qorçu

Əvvəlki məqalə

Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib

Sonrakı məqalə

Rusiyada miqrant kvotası təsdiqlənib