Gəncədə 17 yaşlı tələbə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb. İlkin məlumata görə, 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.
Liseyin tələbəsi Samux rayonun Sərkar kənd sakini 2004-cü il təvəllüdlü Zeynal Məmmədov bud nahiyəsində bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisənin səbəbləri araşdırılır/(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib

Sonrakı məqalə

Ağamalı Sadiq Əfəndinin oğlu vəfat edib