Bakıda yeniyetmə qız yoxa çıxıb.
2007-ci il təvəllüdlü Cavadova Alina Dimitriyevna bu gün naməlum səbəbdən evə gəlməyib.
Yeniyetmənin anası Oksana Cavadova APA-ya bildirib ki, qızı bu gün günorta 11-30- da taksi ilə evə gedərkən Günəşli qəsəbəsində yerləşən “Bravo” supermarketin yanında düşüb. Bundan sonra ondan xəbər olmayıb.
C.Alinanın əynində açıq yaşıl rəngdə gödəkçə, boz şalvar, ayağında isə qəhvəyi rəngdə çəkmə olub.
Yeniyetməni görən şəxslərdən Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə və ya (070) 882 00 30 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.