Orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb –Qulu Məhərrəmlidən etiraz

Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb.

B barədə tanınmış jurnalist Qulu Məhərrəmli məlumat paylaşıb.

O bildirib ki, “hörümçək” sözünün əvəzinə lüğətə “spayder” sözü salınıb.

“İki akademikin (Möhsün Nağısoylu və İsa Həbibdəyli) başında turp əkdiyi orfoqrafiya lüğətinin qüsuru təkcə “hörümçək” olsaydı, bizim nə dərdimiz…”, – Q.Məhərrəmli qeyd edib.

Əlavə edək ki, “hörümçək” sözü lüğətdən çıxarılsa da, bu sözdən yaranan “hörümçəkkimilər”, “hörümçəyəbənzər”, “hörümçəyəoxşar” sözləri saxlanılıb.

Qeyd edək ki, 2021-ci ildə “Elm” nəşriyyatında çapdan çıxan lüğətə 90 minə yaxın söz daxil edilib. Lüğətin elmi redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoyludur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir