Baydenin köməkçisi və Ərdoğanın sözçüsü Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

ABŞ Prezidenti Co Baydenin köməkçisi Ceyk Sallivan Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla telefonla danışıb.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn yazılı açıqlama yayıb.

Horn danışıqlarda Rusiya-Ukrayna sərhədində yaranmış gərginliyi və Rusiyaya diplomatik təsir imkanlarının müzakirə olunduğunu bildirib.

Horn Sallivanla Kalın arasında telefon danışığı zamanı regional məsələlərin, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının müzakirə edildiyini vurğulayıb.

Tərəflər Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasının bölgənin inkişafı və rifahı üçün önəmli olduğunu bildiriblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir