76 min döyüşçünün adı “Zəfər” portalına daxil edilib –RƏSMİ

“Müharibə veteranı” adının verilməsi üçün məlumatların “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilməsi məqsədilə Müdafiə Nazirliyində fəaliyyət göstərən komissiyanın işi davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təqdim edilən sənədlər və daxil olan müraciətlər əsasında döyüşlərdə iştirak etmiş 76000 nəfərin adı artıq “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilib. 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir.

Qeyd edək ki, “Müharibə veteranı” adının verilməsi ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər Müdafiə Nazirliyinin müvafiq komissiyası tərəfindən rəsmi qaydada cavablandırılır.
Verilən cavabla qane olmayan bəzi vətəndaşlar sosial şəbəkələr vasitəsilə əsassız fikirlər səsləndirərək komissiyanın fəaliyyəti barədə ictimaiyyətdə yanlış fikir yaratmağa çalışırlar.
Bildiririk ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq “Müharibə veteranı” adının verilməli olan bütün şəxslər barədə məlumatlar “Zəfər” altsistemi vasitəsi ilə portala daxil ediləcəkdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir