Putin Fransa prezidenti Makron ilə telefonla danışıb.
Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti Ukrayna ilə danışıqlarda prinsipial yanaşmalarını və şərtlərini açıqlayıb.
“İlk növbədə söhbət demilitarizasiya və Ukraynanın neytral statusundan gedir. Onun ərazisindən heç vaxt Rusiya üçün təhlükə gəlməməlidir”-deyə vurğulanıb.
Putin həmçinin qeyd edib ki, Makronun Fransa xalqına müraciətində səsləndirdiyi bir çox tezislərlərə razıdır.
Putin xarici tərəfdaşlarla humanitar məsələləri həll etmək üçün işləməyə hazır olduğunu bəyan edib. Rusiya prezidenti əcnəbi vətəndaşların Ukraynadan təhlükəsiz çıxarılması üçün həmkarlarını səyləri birləşdirməyə çağırıb.
Putin vurğulayıb ki, Rusiyalı hərbçilər dinc əhalinin həyatının qorunması üçün hər şey edirlər.