Rusiya-Ukrayna danışıqlarının ikinci raundu başladı

Rusiya-Ukrayna danışıqları nəzərdə tutulduğu vaxtdan bir neçə saat sonra nəhayət ki başlayıb. Görüş Belarus sərhədindəki Brest vilayətində keçirilir.

Azpost.info xəbər verir ki, Ukrayna tərəfi ilk növbədə humanitar dəhlizlər məsələsini müzakirə etməyi nəzərdə tutub. Rusiya prezidentinin köməkçisi Vladimir Medinski isə Moskvanın görüş üçün 3 hissədən ibarət təkliflər bloku formalaşdırdığını deyib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna-Rusiya danışıqlarının ikinci raundunun gündəliyini açıqlayıb.

M. Podolyak “Twitter” hesabında etdiyi paylaşımında Ukrayna tərəfinin görüşlə bağlı gündəliyində üç istiqamətin olduğunu qeyd edib.

Bildirib ki, bunlar döyüşlərin dərhal dayandırılması, atəşkəs razılaşması və dağılmış, həmçinin davamlı olaraq atəşə məruz qalan kənd və şəhərlərdən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir