Brestdə Rusiya -Ukrayna danışıqları başa çatıb.
Azpost.info bildirir ki, Rusiya və Ukrayna Müdafiə Nazirlikləri mülki şəxslərin çıxamsı üçün dəhlizlərin formatı barədə razılığa gəlib. Bu barədə Putinin nümayəndəsi Medinski bildirib.
Zelenskinin nümayəndəsi Podolyak deyib ki, Kiyev və Moskva danışıqların davam etdirilməsi üçün razılığa gəlib. Üçüncü raund ən qısa zamanda keçirilməsi qərar alınıb.
“Biz razılığa gəldik ki, ən yaxın müddətdə danışıqların üçüncü raundunu keçirək”.
Medinskinin sözlərinə görə, Ruisya və Ukrayna bir sıra müddəalar üzrə anlaşa bilib. O deyib ki, tərəflər Moskvanın danışdığı bütün 3 blok üzrə əhatəli müzakirə aparıblar.
Podolyak isə deyib ki, Rusiya ilə danışıqlarda hesabladıqları nəticələri əldə edə bilməyiblər.