Ukraynada Zaparojye Atom Elektrik Stansiyasında yanğın olub.
Azpost.info bildirir ki, bu barədə AES-in mətbuat xidmətinin nümayəndəsi Andery Tuz məlumat yayıb.
Ukrayna KİV-ləri yanğının əks olunduğu videogörüntüləri paylaşıblar. Kadrlarda stansiya ərazisindən tüstü qalxdığı görünür. Yanğının AES ərazisindəki təlim -tədris korpusunda baş verdiyi deyilir.
AES ətrafında dünən gedən döyüşlər zamanı mərmi stansiya ərazisinə düşüb.
MAQATE -nin yaydığı məlumatda deyilir ki, Ukrayna hakimiyətinin verdiyi məlumatlara görə, AES-də yanğın stansiyanın əsas avadanlıqlarına xətər toxundurmayıb.
AES-in əməkdaşları yanğının nəticələrini aradan qaldırmaq üçün tədbirlər görür.
Rəsmi məlutada deyilir ki, AES ətrafında radiasiya fonu dəyişməyib.
Prezident Zelenski ABŞ prezidenti Baydenlə, kansler Şolts, Britaniyan baş naziri Consonla AES-dəki yanğınla bağlı vəziyyəti müzakirə edib.
Conson bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasının təcili iclasının çağrılmasını tələb edib.
Prezident Zelenski Rusiyaya müraciət edərək AES olan rayonda hərbi əməliyyatları saxlamağa, yanğınsöndürənləri hadisə yerinə daxil olmasına imkan verməyə çağırıb.
ABŞ prezidenti Zelenskinin bu təklifinə dəstək verib.
Bayden məsələni nüvə təhlükəsizliyi üzrə mütəxəssislərlə müzakirə edib.