Xarkovda Rusiyanın raket atəşindən azərbaycanlı ailəsi həlak olub –Meyitləri çıxara bilmirlər

Dünən axşam saatlarında Xarkovun raket atəşinə tutulması zamanı 4 azərbaycanlı həlak olub.

Bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.

O bildirib ki, Xarkovda restoran sahibi olan Emin adlı şəxs, onun xanımı və iki övladı həlak olub.

“Hazırda onların evi olan ərazi rusların nəzarətindədir. Ona görə də meyitlərin ərazidən çıxarılmasında problem yaranıb. Xarkovda yaşayan azərbaycanlılar bu məsələ ilə məşğuldur”, – Mahmud Qurbanov vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir