SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2022-ci ilin yanvar-fevral aylarında 510,1 milyon kubmetr qaz ixrac edib.
Azpost.info bildirir ki, bu barədə SOCAR-ın prezidenti vəzifəsinin müvəqqəti icraçısı, şirkətin birinci vitse-prezidenti Rövşən Nəcəf Twitter hesabında yazıb.
O qeyd edib ki, SOCAR ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz ixrac həcmlərini 65% artımağa müvəffəq olub.