Zelenskinin ofisi:Rusiya danışıqlarda konstruktiv mövqe nümayiş etdirir

Rusiya Ukrayna ilə danışıqlarının dördüncü raundunda daha konstruktiv mövqe nümayiş etdirir.

Bunu BBC-yə açıqlamasında Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin direktor müavini İqor Jovka deyib.

O bildirib ki, rəsmi Moskvanın mövqeyinin əvvəlkilərlə müqayisədə daha konstruktiv olduğuna inanır.

“Ultimatumlar vermək, “qırmızı xətt”lər və ya kapitulyasiya istəmək əvəzinə, indi onların konstruktiv danışıqlara başladığı görünür”, – Jovka qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir