“Renault” Moskvadakı zavodunu bağladı

Rusiya avtomobil bazarı Avropadan olan ən böyük istehsalçısını itirib.

Azpost.info xəbər verir ki, Fransanın “Renault” konserni Moskvadakı zavodunun fəaliyyətini dayandırdığını elan edib. Konsernin mətbuat xidmətindən bildiriblər ki, bu qərar “Renault”un direktorlar şurası tərəfindən qəbul olunub və Rusiyaya qarşı qüvvədə olan beynəlxalq sanksiyalara riayət etmək zərurətindən irəli gəlib.

Şirkət Moskvada 2005-ci ildən istehsalla məşğuldur. Bu, “Renault Kaptur”, “Renault Arkana” və “Dacia Duster” kimi avtomobil modellərinin istehsal olunduğu tam dövrəli zavoddur. “Renault” nümayəndələri qeyd ediblər ki, şirkətin Rusiyada 45 min işçisi var. Eyni zamanda, şirkət “AvtoVAZ” ASC-nin səhmlərinin 68 faizinə sahibdir. Qalan 32 faiz isə “Rostec” dövlət korporasiyasına məxsusdur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.